Plazmaferez

Ekoloji çirklənmə,duzgun qidalanmama, insanin həyat fəaliyyəti və iş rejiminin pisləşməsi ümumi toksik şəraitin yaranmasına getirib çixarir.

Plazmaferez orqanizmi belə toksik maddələrdən təmizlənməsinə əsaslanan mualicə metodudur. Plazma qanın maye hissəsi, ferez ayrilma deməkdir. Prosedur zamanı steril alətlərdən, birdəfəlik tibbi ləvazimatlardan istifadə olunur. Bu isə başqa infeksiya mənbəyinin olmamasi, pasientin qorxusuz, arxayın proseduraya başlaması deməkdir. Plazmaferez zamanı pasientdən 500-600ml qan gotürülür, birdəfəlik paketlərə yığılır,üzərinə adı yazılır və ağzı bağlı sentrafuqaya qoyulur.

Prosedur zamanı qan 2 hissəyə ayrılır: əsas hissə(eritrosit,trombosit,leykosit) fizioloji məhlulda qarışdırılaraq yenidən pasientə (vena daxili) qaytarılır, 2-ci hissə plazma isə atılır. Prosedurun əsas məqsədi elə budur, çünki bütün xəstəliklərin törədiciləri məhz plazma hissəsində olur. Biz plazmanı  süzüb atmaqla bu törədicilərdən (virus, bakteriya, antigen, sərbəst radikallar, zəhərlənmə məhsulları, narkotik və alkohol qalıqları) xilas olmuş oluruq.

Plazmaferezin ən müvəfəqiyyətli olduğu xəstəliklər aşağdakılardır:

  • Bütün mənşəli allergik hallar
  • Birləşdirici toxumanın sistem xəstəlikləri.a) Revmatizm b)Revmatoid artrit
  • Bətndaxili infeksiyalar.(Toksoplazma,Herpes,Sitomeqalovirus) 
  • Şəkərli diabet,Düyünlü zəhərli zob. 
  • Arterial hipertoniya,Ürəyin işemik xəstəliyi. 
  • Maddələr mübadiləsi xəstəlikləri (Podaqra və s.) 
  • Lipid və xolesterinin qanda səviyyəsinin yüksək olması.
  • Qaraciyər patalogiyaları.(Virus hepatiti,Piy distrofiyası)  
  • Bronxial astma.
  • Dəri xəstəlikləri.
  • Dərman asılılıgı,Narkomaniya,Alkoqolizm. 
  • Ümumi halsızlıq,Zəifləmiş immunitet,Yuxusuzluq,Əsəbilik, İş qabiliyyətinin azalması kimi hallarda...
Adı, soyadı Otaq №-si
Xahiş edirik (*) nişanlı xənələri düzgün doldurun!