Kardiologiya

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

İnkişaf etmiş ölkələrin əhalisinin əlillik və erkən ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri ön sırada durur, ölüm hallarının strukturunda isə bu xəstəliklərin payına 60% düşür.
Ürək-damar sistemi xəstəliklərinin diaqnozu anamnez, xəstənin həkim tərəfindən müayinə olunması və laborator-instrumental müayinə üsullarının köməyi ilə qoyulur.
Müasir qeyri-invaziv (toxuma bütövlüyü pozulmadan və hər hansı bir infeksiyaya yoluxma riski olmadan) üsullar, eləcə də rentgenoloji və radioizotop müayinə üsulları, maqnit-rezonans tomoqrafiyası, exokardioqrafiya və ənənəvi elektrokardioqrafiya çox informativdir. Bununla belə, bəzən xüsusi göstərişlər olarsa invaziv manipulyasiyalar – damarların və ürək boşluqlarının katoterizasiyası, angiokardioqrafiya yerinə yetirilir.

  • EKQ ( Elektrokardioqrafiya)
  • EXOKQ ( Exokardioqrafiya)
  • Fetal EXOKQ (dölün bətndaxili ürək-damar sisteminin müayinəsi)
  • Tredmil-stress test
  • Holter Monitorizasiya
Xahiş edirik (*) nişanlı xənələri düzgün doldurun!